Previous Next

İTALİYALI MEMARLAR AZƏRBAYCAN MEMARLAR İTTİFAQINDA

Mayın 4-də İtaliya Mühəndislər və Memarlar Cəmiyyətinin prezidenti Antonio Rekuperonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlar İttifaqında oldu. On altı nəfərdən ibarət italiyalı memarlar qrupunu AMİ-nin məsul katibi Elçin Əliyev, tanınmış Azərbaycan memarları Rasim Babakişiyev, Nazim Vəliyev, Leyla Ağakərimova, Gülnarə Fətullayeva, AMEA Memarlıq və İnşaat İnstitutunun əməkdaşı Elçin Əliyev və başqaları qarşıladılar.

Qonaqlara zəngin tarixə malik Azərbaycan memarlığı, Bakının memarlıq özəllikləri, eləcə də Azərbaycan Memarlar İttifaqının fəaliyyəti haqqında geniş məlumat verildi. İtaliya Mühəndislər və Memarlar Cəmiyyətinin prezidenti Antonio Rekupero başçılıq etdiyi qurum haqqında Azərbaycan memarlarına məlumat verdi. Görüşün gedişində Azərbaycanda və xüsusən də Bakıda aparılan tikinti-quruculuq işləri, icra edilən memarlıq layihələrinin xüsusiyyətləri və s. ilə bağlı italiyalı qonaqların çoxsaylı suallarına ətraflı cavablar verildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram