Previous Next

“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” ictimai birliyinin sədri Faiq İsmayılovla görüş

Aprelin 29-da Memarlar İttifaqının binasında “Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov ilə memarların və tələbələrin görüşü oldu. F.İsmayılov toplaşanlara başçılıq etdiyi təşkilat və onun indiyədək gördüyü işlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi başlayan ərəfədə - ötən əsrin 80-ci illərinin sonlarında bu bölgədəki abidələrin verildiyi kataloqda 900-ə yaxın abidə qeyd olunmuşdu. Reallıqda isə bunların sayı təqribən 7 mindir.

Ötən iki onillik ərzində məkrli erməni siyasətinin bir qolu olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilmiş ərazilərində xüsusi amansızlıqla xalqımızın tarixi-mədəni irsinin mühüm hissəsi olan tarix və memarlıq abidələri dağılmaya, süni özününküləşdirməyə, yəni bütövlükdə vandalizmə məruz qalıb. Həmin prosesin indi də davam etdirildiyini deyən F.İsmayılov çoxsaylı fotomateriallar əsasında dediklərini sübuta yetirdi.

Tədbirin sonunda Birlik sədri toplaşanların çoxsaylı suallarına cavab verdi. Dünya mədəni irsinin mühüm tərkib hissəsi olan Azərbaycan tarixi-mədəni irsinə qarşı erməni vandalizmi ilə bağlı faktların dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması zərurəti görüşün bütün iştirakçıları tərəfindən xüsusi qeyd olundu.          

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram