Previous Next

30 may 2018-ci il tarixində Memarlar İttifaqının binasında Respublikanın Əməkdar memarı, “Şərəf nişanı” ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı Pərviz Hüseynovun xatirə gecəsi keçirilmişdir.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Pərviz Hüseynovun xatirəsinə hörmət və ehtiramlarını bildirərək bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir.

Gecədə ölkənin tanınmış memarları, Pərviz Hüseynovun həmkarları, eləcə də ailə üzvləri və dostları iştirak edirdilər.Çıxış edənlərin arasında Respublikanın Əməkdar memarları Kamran Sultanov və Elkin Ələsgərov, «Tərəqqi» medalı kavaleri Tofiq Şəkixanov, Respublikanın Əməkdar memarı, "Şöhrət" ordeni kavaleri Afis Əmirxanov, memar Uğur Miralay öz xatirələrini bölüşmüşlər.

Tədbir zamanı qonaqlara memarın həyat və yaradıcılığı haqqında foto-slayd nümayiş etdirilmişdir.

Tədbirin sonunda Pərviz Hüseynovun qızı Nərgiz xanım atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə Azərbaycan Memarlar İttifaqının rəhbərliyinə, təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Previous Next

9 fevral 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvləri, başda Elbay Qasımzadə olmaqla ölkəmizin qocaman memarı Nazim Hacıbəyovun 90 illik yubileyi münasibətilə ona mənzilində baş çəkib təbrik etdilər.

Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordeni kavaleri, Prezident təqaüdçüsü Nazim Hacıbəyov uzun illər layihə institutlarında memar vəzifəsindən direktor vəzifəsinədək yüksələrək çalışmışdır. Öz təcrübəsi və bacarığı ilə yüzlərlə memarımızın yaradıcılığına təsir göstərmişdir.

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. O, müxtəlif illərdə Memarlar İttifaqının İdarə heyəti sədrinin müavini, baş məsləhətçi və s. vəzifələrdə çalışmışdır. “Gülüstan” sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Previous Next

2 fevral 2018-ci il tarixində Memarlar İttifaqının binasında Azərbaycan Respublikasının Əməkdar Memarı Yuzef İslam öğlu Qədimovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Gecədə iştirak edənlər arasında görkəmli memarın həmkarları və tələbələri, eləcə də ailə dostları yer almışlar. Həmkarları çıxış edərək öz xatirələrini bölüşmüş, Yuzef Qədimovun həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilmişdir.

Previous Next

Bu ilin 17 fevral tarixində Azərbaycan Memarlar İttifaqının binasında Azərbaycanın Əməkdar memarı Nərgiz xanım Əsgərzadənin xatirə gecəsi keçirildi.

Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Nərgiz xanımla birlikdə işləyən həmkarları, eləcə də qohumları və ailə dostları iştirak edirdilər.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Nərgiz xanımın xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi.

Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş edildi. Nərgiz Əsgərzadə 15 avqust 1929-cu ildə Bakıda, pedaqoq ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Politexnik institutunu bitirmiş,  1961-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək memarlıq üzrə flsəfə doktoru elmi dərəcəsini almışdır. O zamanları xatırlayan həmkarları Fəxrəddin Miralay, Tofiq Şəkixanov, Ramiz Abdullayev, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun və Azərbaycan MEA-nın Şəki Regional elmi mərkəzinin əməkdaşları qeyd etdilər ki, N. Əsgərzadə bütün ömrünü memarlığa, elmə həsr etmişdir.O, təkcə memarlıq elmi fəaliyyəti ilə deyil, xeyriyyəçiliklə də məşğul olmuş, uşaq evlərinə, qonşularına əlindən gələn köməyi əsirgəməmişdir.  Çoxları onu, Azərbaycanın Tereza Anası adlandırırdılar.

Nərgiz xanım 4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

Tədbirin sonunda Nərgiz Əsgərzadənin qızı Nigar xanım anasının yaradıcılığına göstərdikləri diqqətə və bu gecənin təşkilinə görə Azərbaycan Memarlar İttifaqının rəhbərliyinə və əməkdaşlarına bütün ailə üzvləri adından dərin təşəkkürünü bildirdi.

Nərgiz xanım, ruhunuz şad olsun!

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)