Previous Next

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonların memarlıq abidələrinə həsr olunmuş xüsusi ekspozisiya Sankt-Peterburq şəhərində təqdim edilmişdir

17-19 sentyabr 2020-ci il tarixlərində Sankt-Peterburqda Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Memarlar İttifaqı və Sankt-Peterburq şəhər administrasiyasının dəstəyi ilə “Memarlıq İrsi-2020” festivalı keçirilmişdir.Festivalda Azərbaycan Memarlar İttifaqı Dağlıq Qarabağın və ətraf rayonların memarlıq abidələrinə həsr olunmuş xüsusi ekspozisiya ilə çıxış etmişdir.

Koronavirus pandemiyasına görə ölkələr arasındakı sərhədlərin bağlanması səbəbindən Azərbaycan Memarlar İttifaqının nümayəndə heyətinin tədbirdə iştirakı mümkün olmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən Festivalda iştirak edərək göstərilən dəstəyə görə Azərbaycan Memarlar İttifaqı öz dərin minnətdarlığını bildirir. Eyni zamanda, Festivalın açılışı zamanı Azərbaycanın xüsusi ekspozisiyasını təqdim edərkən parlaq çıxışına görə Baş konsul cənab Sultan Qasımovun simasında Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğuna xüsusi təşəkkürümüzü bildiririk.

Sərgidə dağılmış və talan edilmiş memarlıq abidələri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində vandalizm faktları nümayiş etdirilib.17 sentyabrda tədbirin açılış mərasimində təşkilatçılar tərəfindən Azərbaycanın festivalda iştirakı xüsusi vurğulanıb.Baş konsul Sultan Qasımov iştirakçılara Qarabağ bölgəsinin zəngin mədəni irsi və Qarabağın işğalı nəticəsində tarixi abidələrin məhv edildilməsi barədə ətraflı danışıb.

Azərbaycanın Qarabağ bölgəsinin memarlıq abidələrinə həsr olunmuş xüsusi ekspozisiya ilə təmsil olunduğu "Memarlıq irsi-2020" festivalı hər iki ölkənin aparıcı kütləvi informasiya vasitələri, o cümlədən "Sankt-Peterburq" və "AzTV" telekanalları tərəfindən işıqlandırılmışdır.  

Sentyabrın 19-da "Memarlıq irsi-2020" Beynəlxalq Memarlıq Festivalının bağlanış günü Baş konsula ölkəmizin Qarabağ bölgəsinin mədəni irsinə həsr olunmuş maraqlı ekspozisiyanın təşkilinə görə Azərbaycan Memarlar İttifaqı üçün nəzərdə tutulmuş mükafat təqdim edilib. Sultan Qasımov çıxışında Azərbaycanın xüsusi ekspozisiyasına göstərilən yüksək marağa görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

 

ARX 6

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram