Sentyabrın 22-də Moskva Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının təşkilatıçılığı ilə “Eko-Sahil” Beynəlxalq memarlıq festivalı çərçivəsində keçirilən “Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” mövzusunda açıq memarlıq-şəhərsalma müsabiqəsinə təqdim olunan layihələr nümayiş etdirildi.
Münsiflər heyəti sərgilənən layihələri müzakirə edərək, müsabiqənin qaliblərini açıq səsvermə yolu ilə aşağıdakı kimi müəyyən etdilər:
I yer – 2000 ABŞ dolları pul mükafatı və fəxri diplom – “Yeni Bakı” (deviz kodu 252119) layihəsinə görə müəllif kollektivi: Osipov V.A., Osipov V.V., Sazıkina Y.V., Xaustova D.M., Yusupov M.R. (Rusiya, Moskva);
II yer – 1500 ABŞ dolları pul mükafatı və fəxri diplom – “Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” (deviz kodu 657156) layihəsinə görə Monaxov Y.S. (layihənin rəhbəri) və Qryaznova S.G. (layihənin kuratoru) (Rusiya, Nijni-Novqorod);
III yer – 750 ABŞ dolları pul mükafatı və fəxri diplom – “İslimi” (deviz kodu020280) layihəsinə görə Belenko A.V. (Rusiya, Krasnodar);
III yer – 750 ABŞ dolları pul mükafatı və fəxri diplom – “PLANTING THE CITY” (deviz kodu 290884) layihəsinə görə PIERRE-FRANÇOIS LE JEANNE (Fransa, Paris).
Bundan əlavə, aşağıdakı işlər münsiflər heyəti tərəfindən fəxri diplomlara layiq görüldü:
“Baku Black Smart City” (deviz kodu AMRO016) layihəsinə görə müəllif kollektivi: müəlliflər:Yaroslav Usov, Massimiliano Baque, memarlar: Riccardo Graziotti, Giacomo Fabbri, Nelli Zabotina, mühəndislər: Mirko Farini, Roberto Passerott (Rusiya, Moskva - İtaliya, Arezzo).
“Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” (deviz kodu 788700) layihəsinə görə Qarustoviç A. L., Sokolovskaya Y. A. (Belarus, Minsk).
“Bakının incisi” (deviz kodu 179660) layihəsinə görə müəllif kollektivi: Polişuk A.V., Didorenko Y.S. (Rusiya, Moskva).
“NEW old BAKU” (deviz kodu 120692) layihəsinə görə müəllif kollektivi: Qaysina A.V., Tatarçenko A. V. (Rusiya, Moskva).
Təntənəli mükafatlandırma mərasimi 24 sentyabr 2016-ci il keçirilib.