İkinci Bakı Beynəlxalq Memarlıq müsabiqəsinə təqdim olunmuş işlərin nümayiş olunduğu sərginin açılışı 8 oktyabrda Muzey Mərkəzində baş tutumuşdur.


 Tədbir iştirakçıları ilk öncə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini əziz tutaraq Fəxri Xiyabanda məzarını ziyarət etmiş və böyük ehtiramla onun ruhu qarşısında baş əymişlər. Daha sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək gül dəstələri qoymuşlar. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmişlər. 

Sərginin açılışı Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində baş tutmuşdur. 

Sərginin açılışında ölkəmizdən və dünyanın müxtəlif dövlətlərindən dəvət edilmiş çoxsaylı qonaqlar – Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya, Qırğızıstan, Özbəkistan və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak etmişdir.

Tədbirdə salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, Beynəlxalq Memarlar İttifaqının Baş katibi cənab Tomas Vonier, Azərbaycan Respublikası Memarlar İttifaqının İdarə heyətinin sədri cənab Elbay Qasımzadə qeyd etmişlər ki, dünyanın 37 ölkəsindən 200-dən artıq layihənin təqdim edildiyi İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin, bütün dünyada tanınmış memarlardan təşkil olunmuş Münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunmuş işlərin sayı və keyfiyyəti nümayiş olunan sərginin önəmini bir daha təsdiq edir.


Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram