Previous Next

25-ci Yubiley Beynəlxalq Tikinti Sərgisi – BakuBuild 2019

22-25 oktyabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində, BakuBuild 2019 – 25-ci Yubiley Beynəlxalq İnşaat Sərgisi keçirilmişdir.

Sərginin rəsmi açılış mərasimində İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov; Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov; Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Rəis müavini Elxan Əsədov; Mənzil İnşaatı Dövlət Agentliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Fərman Qurbanlı; Azərbaycan Memarlar İttifaqının 1-ci katibi Fərhad Mollazadə və «Caspian Event Organisers» şirkətinin regional direktoru Edvard Stron çıxış etmişlər.

Artıq bir neçə ildir ki, Azərbaycan Memarlar İttifaqı "BakuBuild" in fəal tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində təcrübəli və gənc memarlar üçün müsabiqələr, habelə ustad dərsləri və seminarlar keçirilir.

Tədbir çərçivəsində ölkənin aparıcı memarlarının layihələrindən ibarət sərgi keçirilmişdir. Ekspozisiya həm yerli, həm də xarici ziyarətçilərin diqqətini cəlb etmişdir; onların arasında ağacdan məhsul istehsalı ilə məşğul olan JAF şirkəti; 40 ildən artıq Yaxın Şərq regionunda mərmər ticarətində xüsusi simvol olan Sun Italia və Azərbaycan bazarında bütün növ tikinti materiallarının idxalı, ixracı, topdan və pərakəndə satışı üzrə tanınan Behrud şirkəti və s.

Bu il Azərbaycan Memarlar İttifaqı tərəfindən, İttifaqın fəaliyyətini əks etdirən, müasir şəhərsalmanın maraqlı problemləri və uğurları, memarın cəmiyyətdə rolu və məsuliyyəti haqqında məqalələr dərc edən "Memar" analitik-informasiya jurnalının stendi təqdim edilmişdir. 6 il ərzində jurnal bütün memarlar, dizaynerlər, mülki mühəndislər üçün açıq tribunaya çevrilmişdir. Stend dövlət qurumlarının nümayəndələrinin, xüsusən də Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun; Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dovletxanovun və başqalarının diqqətini cəlb etmişdir. Həmçinin, məhsullarının təqdimatını jurnal səhifələrində nümayiş etdirmək istəyən yerli və xarici şirkələr jurnal ilə maraqlanmışlar.

Yubiley sərgisində 23 ölkədən 280 şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını təqdim etmişdir.

25-ci yubiley sərgisinin təşkilində xüsusi dəstəyinə və fəal iştirakına görə Azərbaycan Memarlar İttifaqına BakuBuild 2019 sərgisinin sertifakatı təqdim edilmişdir.

B B 91

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)