Previous Next

23-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

18 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” Bakı Ekspo Mərkəzində öz işinə başlayıb. Regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiri - “Xəzər İnşaat Həftəsi” çərçivəsində üç sərgi - Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Aquatherm Baku 2017 və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Securika Caspian  2017 təşkil olunub.

Sərgilərin rəsmi açılış mərasimində cənab Niyazi Səfərov, İqtisadiyyat Nazirinin müavini, cənab Sadiq Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini, cənab Elxan Əsədov, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Rəis müavini, cənab Elbay Qasımzadə, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri və cənab Edvard Stroon - İTE Qrup şirkətinin regional direktoru çıxış ediblər.

Elbay Qasımzadə bildirib ki, hər hansı inkişaf edən cəmiyyətin əsasını şəhərsalmanın inkişafı baxımından böyük məsuliyyətə malik olan memarların peşəkarlığından çox asılı olan fəal tikinti işləri təşkil edir. Tikinti sektorunu hər cür dəstəkləmək lazımdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram