Previous Next

Davud Axundovun 100 illiyinə həsr edilmiş elmi-praktiki konfrans

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə 14 fevral 2018-ci il tarixində Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar Ali Məktəb işçisi, memarlıq doktoru, professor Davud Ağa oğlu Axundovun anadan olmasının 100 illiyinə həsr edilmiş «Memarlıq irsinin tədqiqi və mühafizəsi» adlı elmi-praktiki konfrans keçirib.

Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

D.A.Axundov 1918-ci il fevralın 14-də Bakı şəhərində Azərbaycan ziyalısı ailəsində anadan olmuşdur. Davud Ağa oğlu orta məktəbi bitirdikdən sonra 1937-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye institutunun memarlıq-inşaat fakültəsinə daxil olmuşdur. 1942-ci ildən etibarən o, layihəçi-memar kimi yaradıçılıq fəaliyyətinə başlayır.

Layihələrinin əsas hissəsini 1949-1963-cü illərdə «Xəzərdəniz» elmi-tədqiqat layihə institutunda çalışdığı dövrdə işləyib-hazırlamışdır. Həmin dövrdə o nəinki Azərbaycanda, eyni zamanda digər respublikalarda tikilmiş bir sıra yaşayış evləri¬nin, sənaye və ictimai binaların layihələrini həyata keçirmişdir. Bun¬ların arasında Bakı və Krasnovodsk (indiki Türkmənbaşı ş.) şəhərlə¬rində dəniz vağzalların layihəsi, Mahaçkala şəhərində yaşayış massivləri, xəstəxana və istirahət evləri, Bakı şəhərində yaşayış evləri və s. xüsusilə əhəmiyyətlidir. D.A.Axundov bir memar kimi yüzdən artıq layihə işləyib hazırlamış, onlardan 82-i həyata keçirilmişdir.

Əvvəlki illərdə layihəçi kimi qazandığı zəngin təcrübə Azərbaycanda müasir yaşayış evlərinin memarlıq probleminə dair elmi axtarışların əsasını təşkil edir.

Hörmətli alim 1992-ci ildə Beynəlxalq Şərq ölkələri memarlıq akademiyasının həqiqi üzvü seçilmişdir. 19 aprel 2000-ci D.A.Axundov Şərəf ordeni ilə təltif .edilmişdir. 2002- ci ildə respublika prezidentinin fərmanı ilə prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov alimlə bağlı xatirələrini söyləyiblər.

Sonda D.Axundovun oğlu Cəmil Axundov atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)