18-20 aprel 2019-cu il tarixində Tiflis şəhərində   “Europa Nostra” təşkilatının dəstəyi ilə “David Qareji” Çoxsahəli Tədqiqat və İnkişaf Strategiyası adlı beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Memarlar İttifaqının təşəbbüsü və dəstəyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fərsəfə doktoru Yunis Nəsibov, “Keşikçidağ” Dövlət tarix və mədəniyyət qoruğunun direktoru Musa Mursaqulov, Memarlar İttifaqının üzvi Rizvan Bayramov nümayəndə heyətini təşkil etmişdir.

Previous Next

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə 14 fevral 2018-ci il tarixində Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar Ali Məktəb işçisi, memarlıq doktoru, professor Davud Ağa oğlu Axundovun anadan olmasının 100 illiyinə həsr edilmiş «Memarlıq irsinin tədqiqi və mühafizəsi» adlı elmi-praktiki konfrans keçirib.

Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Previous Next

Aprelin 14-də HILTON BAKU otelində «Дом и Интерьер» jurnalının təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə dünyanıaparıcı memarlıstudiyası olan AUTOBAN-ın ustad dərsi keçirilib.

Qeyd edək ki, AUTOBAN studiyası Azərbaycan üçün xüsusi yer tutur, çünki dünyanın ən gözəl hava limanı olan Heydar Aliyev International Airport bu studiya tərəfindən layihələndirib.

Ustad dərsində 600-dən çox memar və dizayner iştirak edib. 

Previous Next

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində «Дом и Интерьер» jurnalının təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə «İnteryer detallarda» mövzusunda «METRONOME» memarlıq layihəsi keçirildi.

Tədbirin spikerləri tanınmış və innovasiya memarlar Leyla Uluxanlı (Leyla Uluhanli Interiors, Moskva), Elvin Əliyev və Maqsud Məmmədov (El & En) çıxış etmişlər.

Azərbaycan Memarlar İttifaqı adından çıxış edən AMİ-nin katibi Fərhad Mollazadə, bildirdi ki, ötən il oktyabrın 21-də bizim «Дом и Интерьер» jurnalı ilə birgə «Metronom» arxitektura layihəsinin keçirilməsində ilk uğurlu əməkdaşlığımız olub. Layihə çərçivəsində silsilə tədbirlərin il ərzində 4 dəfə keçiriləcəyini, hər bir tədbirin ayrıca mövzuya həsr olunacağını planlaşdırmışıq. Qeyd etməliyəm ki, «METRONOM»un başlıca məqsədi ölkəmizdə memarlığın və dizayn işinin inkişafına yardımçı olmaq, ölkəmizin qabaqcıl memar və dizaynerləri ilə canlı təmas qurmaqdır.

Xatırladırsınız, keçən dəfəki tədbirdə Memarlar İttifaqının İdarə heyətinin sədri cənab Elbay Qasımzadə, gələcəkdə bu layihə çərçivəsində gənc memarlara yer verilməsi arzusunu dilə gətirmişdi. Çox sevindirici haldır ki, bu axşam diqqətimizi gənc nəslin arxitektorları cəlb edəcək və onlar «İnteryer detallarda» mövzusunda öz fikirlərini bizimlə bölüşəcəklər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram