2015-ci il 9 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı Beynəlxalq Memarlıq" müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

2 mart tarixində "Gənc memarlar klubu" nun təşkilatçılığı Azərbaycan Respublikası Memarlar İttifaqının dəstəyi ilə elan olunmuş Gənc Memarların işlərindən ibarət II Respublika müsabiqəsi başa çatmışdır. Münsiflər heyəti təqdim olunan 43 işə baxaraq qalibləri müəyyən etdilər.

I yer –" Şəhər mühitində piyada yolunun dizayn konsepsiyası" layihəsinə görə Sübhan Manafzadə

II yer –" Administrative building in Padura" layihəsinə görə Aytən Cavadova

III yer- "Milli parkda Gənclər Mərkəzi" layihəsinə görə Şeyda Novruzzadə

Bundan əlavə fərqlənən layihələr fəxri diplomlara layiq görülmüşlər.

2013-cü il 03 noyabr tarixində Bakı şəhərində "Four Seasons Hotel Baku" mehmanxanasının "Segah" ziyafətlər zalında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

Mərasimdə ölkəmizdən və dünyanın müxtəlif dövlətlərindən dəvət edilmiş çoxsaylı qonaqlar, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak etmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram