05 oktyabr 2017-ci il tarixində Qəbələ şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının və "Gilan Holdinq"in dəstəyi ilə “Üçüncü Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsinin təntənəli elan olunma mərasimi keçirilmişdir.

Mərasimdə cari ilin 04 oktyabr tarixlərində Qəbələ şəhərində keçirilmiş, Beynəlxalq Memarlar İttifaqının keçmiş baş katibi cənab Vassilis Squtas sədrlik etdiyi  və Beynəlxalq Memarlar İttifaqının keçmiş baş katibi cənab Mişel Barmaki, Beynəlxalq Memarlar İttifaqının V regionun keçmiş vitse-prezidenti cənab Hayder Ali, Beynəlxalq Memarlar İttifaqının I regionun şura üzvü Patrik Kolombye və Beynəlxalq Memarlar İttifaqının II regionun şura üzvü, Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri cənab Elbay Qasımzadənin üzv olduğu Beynəlxalq Münsiflər Heyətinin toplantılarının nəticələri açıqlanmışdır.

Previous Next

15 oktyabr 2016-cı il tarixində Tbilisidə,  Radisson otelində XI Beynəlxalq memarlıq müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirildi. Mərasimi müsabiqənin təşkilatçıları – Gürcüstan memarlarının Assosiasiyasının rəhbəri Dmitriy Mosulişvili və “Stil” jurnalının rəhbəri  Nino Lagidze açdılar.

Müsabiqə 10 nominasiya üzrə keçirilirdi və “Fərdi yaşayış evi” nominasiyası üzrə qaliblər arasında Azərbaycan memarları Kamal Musaxanov və Fazil Bayramov da yer aldılar.

Müsabiqənin xüsusi mükafatına,  “Dirsi” layihəsi ilə Gürcüstanın inşaat sektoruna verdiyi töhfəyə görə Azərbaycan  “АS  Group  Investiment” şirkəti layiq görüldü.

Müsabiqə iştirakçıları ilə yanaşı, mərasimdə memarlıq veteranları  olan pedaqoqlar, bələdiyyə işçiləri, habelə Gürcüstan memarlığının inkişafına  dəstək verən digər şəxslər dəyərli hədiyyələrlə təltif edildilər.

Azərbaycan memarlarının nümayəndə heyəti mərasimdə xüsusi səmimiyyətlə qarşılandı. Müsabiqənin nominasiyalarından birinin qaliblərinə mükafatı təqdim etmək şərəfi bizim nümayəndəmiz Rasim Babakişiyevə göstərildi.

Müsabiqənin təşkilatçılarından biri olan Nino Lagidzenin Azərbaycan Memarlar İttifaqının ünvanına dediyi çox səmimi sözlərdən sonra, Azərbaycan və Gürcüstan memarları arasında  yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə  AMİ-nin İdarə heyətinin sədri Elbay Qasımzadə fəxri fərmanla təltif edildi.

Memarlıq ixtisası üzrə tələbələr üçün açıq Beynəlxalq müsabiqə.

HYP16Tyanjin Universiteti və Çinin mətbuat qrupu, Urban Environmental Design (UED) bütün dünya memarlıq ixtisası tələbələri üçün açıq UIA - 2016 HYP Cup Beşinci Beynəlxalq müsabiqəsi elan edir. Müsabiqə Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə təşkil olunur.

Bernard Tschumi beşinci müsabiqəyə rəhbərlik edəcək. O, bu ilki ümumi mövzu üçün istiqamət seçib - "Memarlıq - Transformasiyada"; Əsas fikri "Konsepsiya və Nəsihət" kəsişmə nöqtəsində birləşdirərək, aşağıdakı şəkildə ifadə etmişdir: Memarlıq - planları, kəsikləri, fasadları, perspektivləri, aksonometriyanı təqdim etmək üçün yalnız vizual vasitələrdən istifadə edir. Bəs hərəkət? Cisimlərin məkanda hərəkəti?

Bəs memarlıq anlayışlarında istisna olan hallara tətbiq edilə bilən üsullar mövcuddurmu? Bəs digər dörd duyğu - lamisə, səs, qoxu, hətta dad necə? Bu müsabiqədə siz, yeni üsullar fikirləşib tapacaqsınız ki, onlar nəinki cisimlərin məkanda hərəkətini əks etdirəcək, həm də sizin sxemin inkişafını istiqamətləndirən başlıca ideyaya - memarlıq konsepsiyasına gətirib çıxaracaq.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram