Previous Next

Kazanda 2019-cu ildə memarlıq sahəsində Ağa Xan mükafatının təqdimetmə mərasimi

13 sentyabr 2019-cu il tarixində Kazan şəhərində Memarlısahəsində AğXan Mükafatınınövbəti mükafatlandırma mərasimi keçirilmişdir.

Mükafatlandırma mərasimində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə və Gənc Memarlar və Tələbələr Klubunun prezidenti, Memarlar İttifaqının beynəlxalq münasibətlər üzrə müşaviri Şeyda Novruzzadə Fondun fəxri qonaqları qismində iştirak etmişlər.

Ağa Xan Memarlıq Mükafatı memarlıq sahəsində ən qədim və ən əhəmiyyətli mükafatlardan biridir. Ekspert münsiflər heyəti ən müxtəlif layihələri seçir - gecəqonduların abadlaşdırılması proqramlarından tutmuş, "yaşıl" yüksəkmərtəbəli binaların tikintisinə qədər.

Bu il 1 milyon ABŞ dolları məbləğı olan Mükafatı öz aralarında paylaşacaq qaliblər bunlardır:

Bəhreyn - Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinə görə; Banqladeş - Cənubi Kanarçorda"Arcadia" təhsil layihəsinə görə; Fələstin - Birzeit şəhərində Fələstin Muzeyi layihəsinə görə; Rusiya Federasiyası - Tatarıstan Respublikasında ictimai sahələrin inkişafı proqramına görə; Seneqal - Bambey şəhərindəki Aliuna Diop Universitetinin tədris binası layihəsinə görə; Birləşmiş Ərəb Əmirlikləri - Sharjah şəhərindəki " Wasit " ekosistem parkına görə.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)