Dördüncü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilmə qaydaları

Hörmətli həmkarlar!

 

IV Bakı Beynəlxalq Memarlıq Müsabiqədə iştirak etmək istəyən memarların çoxsaylı müraciətlərini nəzərə alaraq, sualları cavablandırmaq üçün son tarix 1 may 2019-cu il tarixinədək uzadılır.

 

Ümumi müddəalar.

Bakı Beynəlxalq Memarlıq müsabiqəsi, Beynəlxalq Memarlar İttifaqının (BMI) dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən iki ildən bir təşkil edilən açıq müsabiqədir.

Bu ilki müsabiqə, Beynəlxalq Memarlar İttifaqının tövsiyyəsi ilə "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu ilə birgə keçiriləcək və bunanla əlaqədar olaraq müsabiqənin məqsədlərinə və nominasiyalarına bəzi dəyişikliklər edilmişdir.

 

Məqsəd

Müsabiqənin əsas məqsədi, mükəmməl layihələndirmə və məsuliyyətli planlaşdırılma metodlarını, mədəni irs yerlərində və tarixi əhəmiyyətə malik yerlərdə turizmin inkişafını əks etdirən layihələri (təklif olunan və həyata keçirilən) tanıtmaqdır. Bu, turistlərin yerləşdirilməsi, tarixi əhəmiyyətli yerlərin və obyektlərin təfsir edilməsi və ya açılması üçün yeni imkanlar yarada bilər, eləcə də mövcud binaların turizm məqsədləri üçün uyğun şəkildə yenidən istifadəsinə yol aça bilər.

 

Müsabiqə nominasiyaları.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

  • A – «Turizm obyektlərinin memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»
  • B – «Tarixi binalar və obyektlərin bərpası və yenidənqurulması sahəsində həyata keçirilmiş əyaxşı layihə»
  • C – «Tarixi interyerin bərpası sahəsində həyata keçirilmiş əyaxşı layihə»
  • D – «Landşaft memarlığı sahəsində həyata keçirilmiş əyaxşı bərpası»
  • E – «Binalarıbərpası və yenidən qurulması sahəsində həyata keçirilməmiş əyaxşı layihə»
  • F – «Turizm məqsədləri üçün tarixi irsin istifadəsi sahəsində ən yaxşı nəşr»

Müsabiqənin şərtləri.

Müsabiqədə, öz ölkəsində memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisasa malik diplomlu memarlar iştirak edə bilərlər. Hər bir iştirakçı hər nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər; iştirak pulsuzdur.

 

Sual –Cavab

Müsabiqə proseduru ilə bağlı suallar aşağıdakı ünvana göndərilə bilər: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.. Sualların cavabları iştirakçılara Memarlar İttifaqı tərəfindən elektron poçt vasitəsilə çatdırılacaqdır.

 

Müsabiqənin işçi dilləri:

Müsabiqə azərbaycan, rus və ingilis dillərində keçirilir.

 

Müsabiqəyə təqdim olunan materiallar.

Müsabiqədə iştirak üçün aşağıdakılar təqdim olunmalıdır:

  • Müsabiqə iştirakçısı tərəfindən çap hərfləri ilə doldurulmuş Qeydiyyat forması;
  • müəllif və yaxud müəllif qrupu haqda məlumat (müəlliflərin soyadı, adı, atasının adı, telefon nömrələri, ünvanları, şəxsiyyət vəsiqəsinin surəti, ixtisası təsdiq edən sənədin surəti);
  • təqdim olunan obyektin planları, fasadları, fotoşəkilləri; qrafik materiallar 80x100 sm formatlı planşetlərdə, şaquli vəziyyətdə, hər layihəyə dair 2 (iki) planşetdən artıq olmamaq şərtilə təqdim olunur:

           - nazik möhkəm əsaslar üzərində – yerli memarlar üçün;

           - pdf. elektron formatında – xarici memarlar üçün;

 

  • təqdim olunan bütün layihələrin yuxarı sağ küncündə identifikasiya kodu (nominasiyanın adına uyğun hərf və 6 rəqəm) göstərilir:
  • ingilis dilində A4 formatında 2 səhifə həcmində təqdim olunan izahat mətni;
  • F nominasiyasında iştirak edən əsərlərin təxminən 300 sözdən ibarət xülasəsi ingilis dilində təqdim edilməlidir;
  • bütün iştirakçılar, təqdim olunan əsərin daha əvvəl Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi olmadığını təsdiq etməlidirlər;
  • Elektron versiyası olmayan işlər müsabiqəyə qəbul olunmur! Bütün layihələr (pdf formatında), bütün təqdim olunan materiallar kimi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.
  • Xarici memarlar üçün layihələrin çapını Müsabiqənin təşkilatçıları öz üzərlərinə götürürlər. Bunun üçün təqdim olunan layihəni Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvana göndərmək və aşağıdakı hesaba 35 avro (1 planşet üçün) məbləğində ödəniş etmək lazımdır.

Mükafatlar.

Mükafat fondu təşkilatçılar tərəfindən 45 000 AZN məbləğındə müəyyən edilmişdir.

Hər nominasiya üzrə mükafat fondu aşağıdakı kimi bölüşdürülür:

 

Birinci mükafat 4000 AZN

İkinci mükafat 2500 AZN

Üçüncü mükafat 1000 AZN.

 

Münsiflər heyəti:

Müsabiqə layihələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə peşəkar və obyektiv Beynəlxalq Münsiflər heyəti müəyyən olunmuşdur:

  • Vassilis Squtas (sədr) – BMİ sabit Prezidenti, Yunanıstan
  • Esa Mohammed – BMİ sabiq Prezidenti, Malayziya
  • Catherine Jacot – Fransa memarları Ordeninin Milli Şurasının sabiq prezidenti, Fransa
  • Vity Nsalambi– Afrika Memarlar İttifaqı Təhsil Komissiyasının sədri, Angola
  • Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədri

Beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqədə iştirak etmək və müsabiqə iştirakçıları ilə hər hansı bir əlaqədə olmaq hüququna malik deyillər. İştirakçıların sualları yalnız müsabiqənin təşkilatçıları tərəfindən cavablandırıla bilər. Beynəlxalq münsiflər heyəti, üzvlərinin ən azı 2/3-nin səsi olduğu halda öz işini aparmaqda səlahiyyətli hesab olunur.

Münsiflər heyəti bütün işləri yoxlayır və yuxarıda sadalanan tələblərə cavab verməyənləri kənar edir.

Beynəlxalq münsiflər heyətinin qərarı sadə səs çoxluğu ilə, münsiflər tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Səslər bərabər olarsa, beynəlxalq münsiflər heyətinin sədri həlledici səsə malikdir.

Beynəlxalq münsiflər heyəti müsabiqənin bütün mərhələləri boyunca, mükafatlandırılma da daxil olmaqla, yeganə münsif olaraq qalır.

Müsabiqənin təşkilatçıları ekspertlər və məsləhətçilər dəvət edə bilərlər ki, onlar da münsiflər heyətinin məxfilik tələblərinə riayət edir və səs hüququna malik deyillər.

 

Keçirilmə müddəti

Müsabiqənin elan edilməsi: 15.12.2018

Sual verilməsi üçün son tarix: 01.05.2019

Materialların qəbul olunması üçün son tarix: 20.05.2019

Müsabiqənin münsiflər heyətinin işi: 08.06.2019-09.06.2019

Nəticələrin elan olunması: 10.06.2019

 

Layihələrin və materialların müsabiqəyə təqdim olunması.

Yerli iştirakçıların işləri, 20 may 2019-cı il saat 18.00-dan gec olmayaraq, Azərbaycan Respublikası, Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 24 ünvanında Azərbaycan Memarlar İttifaqına təqdim olunmalıdır.

Xarici iştirakçıların işləri, 10 may 2019-ci il tarixindən gec olmayaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron ünvanına göndərilməlidir.

 

İctimaiyyətin məlumatladırılması

Müsabiqənin proseduru və qaydaları Azərbaycan Memarlar İttifaqının rəsmi www.uaa.az internet saytında dərc olunacaq.

Müsabiqə barədə elan BMİ-nin beynəlxalq kommunikasiya şəbəkəsi vasitəsilə dərc ediləcəkdir.

 

Sərginin təşkili və müsabiqəyə təqdim edilən əsərlərin kataloqunun buraxılışı.

Müsabiqə keçirilən zaman və Münsiflər heyətinin işi zamanı müsabiqəyə təqdim olunmuş bütün işlərin sərgisi təşkil olunur və ictimaiyyətə nümayiş etdirilir.

Müsabiqənin nəticələri üzrə bütün mükafatlandırılan layihələr, habelə tövsiyə edilmiş layihələr kataloqda (bülleteni) nəşr olunacaqdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)