Memarlıq sahəsi üzrə Ağa Xan Mükafatının növbəti dönəmi elan olunmuşdur.

2019-cu ilin Memarlıq üzrə Ağa Xan Mükafatı üçün layihələrin qəbulunun növbəti mərhələsi elan edilir.

Memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı hər üç ildən bir memarlıq sahəsində, şəhər və regional layihələndirmədə, bərpa sahəsində və bağ-park memarlığı sahəsində yeni standartlar meydana çıxaran layihələrə verilir. Memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı mükafat fondu 1000000 (bir milyon) ABŞ dolları məbləğində olmaqla dünyanın ən böyük memarlıq mükafatıdır.

Tamamlanmış layihələr 30 dekabr 2018-ci il tarixinə qədər təqdim edilə bilər, bundan sonra onlar müstəqil münsiflər heyəti tərəfindən baxılacaqdır. Mükafatın laureatları 2019-cı ilin payızında elan olunacaqlar.

Daha ətraflı məlumat almaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya +992 92.909.55.47 nömrəsinə müraciət edə bilərsiniz.

Aşağıda müsabiqənin şərtləri barədə: layihələrin qəbulusənədlər üzrə tövsiyələrlayihənin təqdim olunması forması1 layihənin təqdim olunması forması2 əldə edə bilərsiniz.

 

Diqqət !

 

Beynəlxalq Ağa Xan Mükafatının müdiriyyəti 2019-cu il üçün Ağa Xan mükafatının sənədlərin təqdim edilməsi prosedurunu bir qədər sadələşdirmişdir. İndi ilk mərhələdə yalnız Aga Xan mükafatına namizəd olan obyektlərin ətraflı siyahısı təqdim edilməlidir. Ətraflı siyahıya aşağıdakılar daxil edilməlidir:

• Layihənin (obyektin) adı

• tikintinin yeri və tikilmə ili

• memarın soyadı və adı, onun elektron və poçt ünvanı

• layihənin qısa təsviri. Məsələn, 100 nəfərlik iki mərtəbəli kərpicdən tikilmiş xəstəxananın layihəsi.  Layihədə yeni texnologiyalar (damda quraşdırılmış günəş panelləri) uğurla istifadə olunmuşdur.

İlk mərhələdə Mükafat Bürosu layihələri təsvir və mövzuya görə seçəcək və sonra memara müraciət edərək formanın doldurulması və obyektin çertyojlarını və şəkillərini göndərməsini xahiş edəcək.

Nəzərə almaq lazımdır ki, Mükafat, kənd və dağ landşaftı, şəhərətrafı ərazilərdəki layihələrin və tikintinin miqyasından asılı olmayaraq, ictimai məkanların layihələndirilməsi ilə məşğul olanların layihələrinin təqdim olunmasını xüsusilə təşviq edir. Bu, bina və qurğuların böyük kompleksi, yaxud kiçik bir fərdi yaşayış evi, kiçik bir çayxana və ya şəhər, yaxud kənd kənarındakı bir milli yeməkxana ola bilər.

 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)