III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatdı

5 oktyabr 2017-ci il tarixində Qəbələ şəhərində Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi,  Azərbaycan Memarlar İttifaqının və “Gilan Holdinq”in təşkilatçılığı ilə III Bakı Beynəlxalq Memarlıq müsabiqəsi keçirilmişdir.

Əvvəlcə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər Heyəti üzvlərinin Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşü oldu. Görüş çərçivəsində RİH başçısı, Münsiflər Heyətinin üzvləri, müsabiqə iştirakçıları və qonaqlar ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət etdilər.

 

BIAA 2     BIAA 31
       
BIAA 4     BIAA 5

 

Sərginin açılışından əvvəl Heydər Əliyev Konqres Mərkəzində mətbuat konfransı keçirildi.

 

BIAA 6     BIAA 7

  

Sonra qonaqlar beynəlxalq müsabiqə iştirakçılarının memarlıq əsərlərindən ibarət sərgi ilə tanış oldular. Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də sərgi ilə tanış olanlar arasında idi.

 BIAA 8

 

Həmin günün axşamı müsabiqə qaliblərinin elanolunma mərasimi oldu. Əvvəlcə qonaqlar Azərbaycanın qədim tarixi, əsrarəngiz təbiəti, zəngin mədəniyyəti və çoxəsrlik memarlıq irsindən bəhs edən qısa tanıtım filminə tamaşa etdilər.

Mərasimdə ölkəmizdən və dünyanın müxtəlif dövlətlərindən gəlmiş çoxsaylı qonaqlar – Gürcüstan, İtaliya, Fransa, Sudan, Yunanıstan və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak edirdilər.

Tədbirdə iştirak edən qonaqlar arasında Azərbaycan Milli Məclisinin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev də var idi.

 

BIAA 9     BIAA 10

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev qonaqları salamlama sözü ilə çıxış edərək, Bakı Beynəlxalq Memarlıq müsabiqələrinin keçirilməsinin Azərbaycan memarlıq sənətinin dünyaya tanıdılmasında, eləcə də ölkəmizin nüfuzunun daha yüksəklərə qaldırılmasında mühüm əhəmiyyətini qeyd etdi. Daha sonra Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə çıxış edərək qonaqları salamladı. O qeyd etdi ki,  2013-cü ildə keçirilən ilk müsabiqədə Azərbaycanı 4 memar, 2015-ci ildə keçirilən ikinci müsabiqədə 18 memar təmsil edib. Çox sevindirici haldır ki, builki üçüncü müsabiqədə 53  memarımız öz layihələri ilə iştirak ediblər.

 

BIAA 11     BIAA 12

 

Sonra səhnəyə Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti, müsabiqənin münsiflər heyətinin sədri Vassilis Squtas dəvət olundu. O, Beynəlxalq Memarlar İttifaqının Prezidenti Tomas Voniyerin müsabiqə iştirakçılarına ünvanlanmış salamlama məktubunu oxudu.

Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin iştirak etdiyi maraqlı konsert proqramı nömrələrinin növbələşməsi ilə 8 nominasiya üzrə qaliblərin adları elan olundu.

“İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə mükafatları Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas və Azərbaycan Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev təqdim etdilər.

 

BIAA 13

 

“Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə mükafatları Beynəlxalq Memarlar İttifaqının Şura üzvü  Patrik Kolombye və Azərbaycan Respublikasının Əməkdar memarı İlqar İsbatov təqdim etdilər.

 

BIAA 14

 

“Həyata keçirilmiş ən yaxşı interyer” nominasiyası üzrə mükafatları Gürcüstan Memarlar İttifaqının üzvü Arçil Kurdiani və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təqdim etdilər. 

 

BIAA 15

 

“Həyata keçirilməmiş ən yaxşı layihə” nominasiyası üzrə mükafatları Beynəlxalq Memarlar İttifaqının sabiq baş katibi Mişel Barmaki və Azərbaycan Respublikasının Əməkdar memarı Aleksandr Qarber təqdim etdilər.

 

BIAA 16     BIAA 17

 

“Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə mükafatları Beynəlxalq Memarlar İttifaqının sabiq vitse-prezidenti Hayder Ali və Azərbaycan Respublikasının Əməkdar memarı İbrahim İbrahimov təqdim etdilər.  

 

BIAA 18     BIAA 19

 

“Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə mükafatları Azərbaycan Respublikasının Əməkdar memarı Faiq Yüzbaşov və "Tərəqqi" medalı kavaleri Tofiq Şəkixanov təqdim etdilər.

 

BIAA 20

 

“Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiysı üzrə mükafatları Azərbaycan Respublikasının Əməkdar memarı Yevgeniy Kiryaşov və "Tərəqqi" medalı kavaleri Xəlil Cəfərov təqdim etdilər.

 

BIAA 21

 

“Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid yazısı” nominasiysı üzrə zərbaycan Respublikasının Əməkdar memarları Elkin Ələskərov və Nazim Vəliyev təqdim etdilər.

 

BIAA 22

 

Daha sonra səhnəyə Vassilis Squtas dəvət olundu. Qeyd edildi ki, həyatının uzun illərini memarlığın təbliğinə həsr etmiş,  “Yoxsulluğun aradan qaldırılması üçün ixtira edilmiş və həyata keçirilmiş memarlıq həlləri” üzrə  mükafat təsis etmiş Vassilis Squtasın memarlıq sənətinin təbliğində göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Azərbaycan memarlıq sənətinin təbliğində göstərdiyi xidmətə görə Vassilis Squtas Azərbaycan Memarlar İttifaqının ən ali təltifi olan  “Mikayıl Useynov Xatirə medalı” ilə təltif olundu.

Sonda tədbirin təşkilində və keçirilməsində misilsiz şərait yaratmış və  əvəzsiz dəstək göstərmiş  “Gilan Holdinq” Azərbaycan memarlıq sənətinə verdikləri dəstəyə görə Beynəlxalq Memarlar İttifaqının Fəxri Fərmanı ilə təltif edildi. 

 

BIAA 23   BIAA 24
     
BIAA 25   BIAA 26

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram