Üçüncü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin nəticələri

05 oktyabr 2017-ci il tarixində Qəbələ şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının və "Gilan Holdinq"in dəstəyi ilə “Üçüncü Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsinin təntənəli elan olunma mərasimi keçirilmişdir.

Mərasimdə cari ilin 04 oktyabr tarixlərində Qəbələ şəhərində keçirilmiş, Beynəlxalq Memarlar İttifaqının keçmiş baş katibi cənab Vassilis Squtas sədrlik etdiyi  və Beynəlxalq Memarlar İttifaqının keçmiş baş katibi cənab Mişel Barmaki, Beynəlxalq Memarlar İttifaqının V regionun keçmiş vitse-prezidenti cənab Hayder Ali, Beynəlxalq Memarlar İttifaqının I regionun şura üzvü Patrik Kolombye və Beynəlxalq Memarlar İttifaqının II regionun şura üzvü, Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri cənab Elbay Qasımzadənin üzv olduğu Beynəlxalq Münsiflər Heyətinin toplantılarının nəticələri açıqlanmışdır.

Nəticələrə əsasən müsabiqənin qalibləri sonrakılardır:

 

Kateqoriya A - «İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə» nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə xanım Elizabeth Abalo Diaz, cənab Gonzalo Alonso Nunez (İspaniya) «Romano Civic Centre» layihəsinə görə;

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Doan Thanh Ha (Vyetnam) «Friendly space in suffocating urban areas» layihəsinə görə;     

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Pier Paolo Tamburelli "Baukuh Architects" (İtaliya) «House of Memory» layihəsinə görə.

 

Kateqoriya B - «Yaşayış binalarının memarlığı sahəsində  həyata keçirilmiş ən yaxşı layihə» nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Camilo Da Cunha Bastos Rodrigues Rebelo, xanım Susana Alexandra (Portuqaliya) «KTIMA House» layihəsinə görə;

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə xanım Vieira Da Costa Natalina, cənab Frederic Herard (Fransa) «Maison+Agence» layihəsinə görə;

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə Silva Raulino Ricardo Oliveria (Portuqaliya) «Vila do Conde House» layihəsinə görə.

 

Kateqoriya C - «Həyata keçirilmiş ən yaxşı interyer» nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə xanım Nərgiz Ağayeva (Azərbaycan) «Hüquq ədəbiyyatı dükanı»nın dizayn interyeri. Bakının mərkəzində ingilis zərifliyinin ruhu» layihəsinə görə;

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Tsubasa Iwahashi (Yaponiya) «Feeling of distance» layihəsinə görə;

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Paolo  Cucchi (İtaliya) «Ponderosa Interior» layihəsinə görə.

 

Kateqoriya D - “Həyata keçirilməmiş ən yaxşı layihə” nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Rizvan Bayramov, cənab Maqsud Məmmədov, cənab Cahid Əlizadə, xanım Şeyda  Novruzzadə (Azərbaycan) «Təzə Pir məscidi kompleksi ətrafında yerləşən tikililərin memarlıq əhəmiyyəti baxımından araşdırılması üzrə» layihəsinə görə;

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Paulo Dias, Joao Varela, Ana Isabel Santos, Joao Tavares  (Portuqaliya) «Blue Clay Country Spa» layihəsinə görə;

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Nəriman İmaməliyev «Bakı şəh., Abşeron y-sı, Nardaran kəndində villa» (Azərbaycan) layihəsinə görə.

 

Kateqoriya E - «Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə» nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə xanım Eleni Moschovakou, Christos Papas, Fani Konstantaki, Mara Spentza (Yunanıstan) «Nikis Square, Kozani» layihəsinə görə;     

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə xanım Elizabeth Abalo Diaz, cənab Gonzalo Alonso Nunez (İspaniya) «Caramonina Allotments»  layihəsinə görə;

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Yevgeniy Kiryaşov (Azərbaycan) «Bakıda Landşaft layihəsi və villalar kompleksi» layihəsinə görə.

 

Kateqoriya F - “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Iustin Popescu, Vlad Barladeanu, Octavia Popeea "OOPY Architectura" (Rumıniya) «The animal farm – access pavilion» layihəsinə görə;

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Camaləddin  Qədirov (Azərbaycan) «The historical and architectural reserve “Icheri Sheher” in Baku city Azerbaijan» layihəsinə görə;

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab An Viet Dung (Vyetnam) «Koi Cafe» layihəsinə görə.

 

Kateqoriya G - “Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 2000 AZN pul mükafatı ilə xanım Gülçöhrə Məmmədova, xanım Zahidə Məmmədova, xanım Səbinə Hacıyeva, xanım Rayihə Əmənzadə, cənab Ramiz Əbdülrəhimov, cənab Nizami Nağıyev, xanım Nərgiz Abdullayeva, cənab Fikrət Hüseynov (Azərbaycan) «Azərbaycan memarlıq tarixi» 5 cildliyinə görə;

İkinci dərəcəli diplom və 1250 AZN pul mükafatı ilə cənab Azim A. Aziz (Malaziya) «Masjid – Selected Mosques From The Islamic World» kitabına görə;

Üçüncü dərəcəli diplom və 500 AZN pul mükafatı ilə xanım Gülçöhrə Məmmədova və xanım Səbinə Hacıyeva (Azərbaycan) «Azərbaycanın şimal-qərb regionunun memarlıq abidələri»  kitabına görə.

 

Kateqoriya H - «Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid» (internetdə yaxud dərc olunmuş) nominasiyası:

 

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 2000 AZN pul mükafatı ilə cənab Fəxrəddin Miralay (Azərbaycan) «Azərbaycanın bilinmiyən memarlığı» məqaləsinə görə;

İkinci dərəcəli diplom və 1250 AZN pul mükafatı ilə cənab Elturan Avalov (Azərbaycan) «Şuşanın məhəllələri» məqaləsinə görə;

Üçüncü dərəcəli diplom və 500 AZN pul mükafatı ilə Ramiz Əbdülrəhimov (Azərbaycan) «Davamlı memarlığın inkişaf prinsipləri»  məqaləsinə görə.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram