Previous Next

Gürcüstanın memarlıq bayramı

15 oktyabr 2016-cı il tarixində Tbilisidə,  Radisson otelində XI Beynəlxalq memarlıq müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirildi. Mərasimi müsabiqənin təşkilatçıları – Gürcüstan memarlarının Assosiasiyasının rəhbəri Dmitriy Mosulişvili və “Stil” jurnalının rəhbəri  Nino Lagidze açdılar.

Müsabiqə 10 nominasiya üzrə keçirilirdi və “Fərdi yaşayış evi” nominasiyası üzrə qaliblər arasında Azərbaycan memarları Kamal Musaxanov və Fazil Bayramov da yer aldılar.

Müsabiqənin xüsusi mükafatına,  “Dirsi” layihəsi ilə Gürcüstanın inşaat sektoruna verdiyi töhfəyə görə Azərbaycan  “АS  Group  Investiment” şirkəti layiq görüldü.

Müsabiqə iştirakçıları ilə yanaşı, mərasimdə memarlıq veteranları  olan pedaqoqlar, bələdiyyə işçiləri, habelə Gürcüstan memarlığının inkişafına  dəstək verən digər şəxslər dəyərli hədiyyələrlə təltif edildilər.

Azərbaycan memarlarının nümayəndə heyəti mərasimdə xüsusi səmimiyyətlə qarşılandı. Müsabiqənin nominasiyalarından birinin qaliblərinə mükafatı təqdim etmək şərəfi bizim nümayəndəmiz Rasim Babakişiyevə göstərildi.

Müsabiqənin təşkilatçılarından biri olan Nino Lagidzenin Azərbaycan Memarlar İttifaqının ünvanına dediyi çox səmimi sözlərdən sonra, Azərbaycan və Gürcüstan memarları arasında  yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə  AMİ-nin İdarə heyətinin sədri Elbay Qasımzadə fəxri fərmanla təltif edildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram