Hörmətli həmkarlar!

 

IV Bakı Beynəlxalq Memarlıq Müsabiqədə iştirak etmək istəyən memarların çoxsaylı müraciətlərini nəzərə alaraq, sualları cavablandırmaq üçün son tarix 1 may 2019-cu il tarixinədək uzadılır.

 

Ümumi müddəalar.

Bakı Beynəlxalq Memarlıq müsabiqəsi, Beynəlxalq Memarlar İttifaqının (BMI) dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən iki ildən bir təşkil edilən açıq müsabiqədir.

Bu ilki müsabiqə, Beynəlxalq Memarlar İttifaqının tövsiyyəsi ilə "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu ilə birgə keçiriləcək və bunanla əlaqədar olaraq müsabiqənin məqsədlərinə və nominasiyalarına bəzi dəyişikliklər edilmişdir.

2019-cu ilin Memarlıq üzrə Ağa Xan Mükafatı üçün layihələrin qəbulunun növbəti mərhələsi elan edilir.

Memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı hər üç ildən bir memarlıq sahəsində, şəhər və regional layihələndirmədə, bərpa sahəsində və bağ-park memarlığı sahəsində yeni standartlar meydana çıxaran layihələrə verilir. Memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı mükafat fondu 1000000 (bir milyon) ABŞ dolları məbləğində olmaqla dünyanın ən böyük memarlıq mükafatıdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)