Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi
Ümumi müddəalar
Bakı Beynəlxalq Memarlıq müsabiqəsi, Beynəlxalq Memarlar İttifaqının (UIA) dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən iki ildə bir təşkil edilən açıq müsabiqədir.
Qürur hissi ilə bildiririk ki, 2019-cu ildə "Tarixi şəhərlərdə kütləvi turizm" Beynəlxalq Memarlıq Forumu çərçivəsində keçirilən Dördüncü Bakı Beynəlxalq Memarlıq müsabiqəsinə dünyanın 38 ölkəsindən: Anqola, Argentina, Azərbaycan, Banqladeş, Belarusiya, Braziliya, Macarıstan, Vyetnam, Yunanıstan, Gürcüstan, Hong Kong, Danimarka, Misir, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Kenya, Livan, Malayziya, Meksika, BƏƏ, Portuqaliya, Rusiya, Serbiya, Slovakiya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna, Özbəkistan, Fransa, Şri Lanka, Estoniya, Cənubi Afrika, Yaponiya və s. 200-ə yaxın müraciət təqdim edilmişdi və 18 ölkənin nümayəndələri bu müsabiqənin qalibləri olmuşlar Cənubi Afrika, Misir, Çin, Gürcüstan, Yaponiya, Azərbaycan, Keniya, İran, Slovakiya, Portuqaliya, Malayziya, İspaniya, Argentina, BƏƏ, Yunanıstan, Hong Kong, Danimarka, Banqladeş.
Bu il Koronavirus pandemiyası səbəbiylə Beşinci Yubiley Müsabiqəsi onlayn qaydada keçiriləcəkdir.
Məqsəd və vəzifələr
Müsabiqənin əsas məqsədi – şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm-məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması; maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların həyata keçirilməsidir.
Müsabiqə nominasiyaları
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
A – “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;
B – “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;
C – “Həyata keçirilmiş ən yaxşı interyer”;
D – “Həyata keçirilməmiş ən yaxşı layihə”;
E – “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;
F – “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;
G – “Memarlıq sahəsində ən yaxşı nəşr”.
Müsabiqənin şərtləri
Müsabiqədə, öz ölkəsində memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisasa malik diplomlu memarlar iştirak edə bilərlər. Hər bir iştirakçı hər nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər; iştirak pulsuzdur.
Müsabiqəyə təqdim olunan materialların tərkibi
Müsabiqədə iştirak üçün aşağıdakılar təqdim olunmalıdır:
- müsabiqə iştirakçısı tərəfindən çap hərfləri ilə doldurulmuş Qeydiyyat Forması;
- müəllif və yaxud müəllif qrupu haqda məlumat (müəlliflərin soyadı, adı, atasının adı, telefon nömrələri, faktiki ünvanları, şəxsiyyət vəsiqəsinin surəti, memarlıq təhsilini təsdiq edən sənədin surəti;
- təqdim olunan obyektin planları, fasadları, fotoşəkilləri; qrafik materiallar 80x100 sm ölçülü planşetlərdə, şaquli vəziyyətdə tərtib edilərək, PDF formatda elektron variantda. Hər layihəyə dair 2 (iki) planşetdən artıq olmamaq şərtilə təqdim olunur;
- təqdim olunan bütün layihələrin yuxarı sağ küncündə identifikasiya kodu (nominasiyanın adına uyğun hərf və 6 rəqəmdən ibarət kod. Məsələn, А 123456) göstərilir; A4 formatlı 2 səhifə həcmində, azərbaycan, rus və yaxud ingilis dilində təqdim olunan izahat mətni;
- G nominasiyası üzrə iştirak edən işlərin, təxminən 300 söz həcmində azərbaycan, rus yaxud ingiliscə xülasəsi və nəşrin (kitabın, məqalənin və s.) tam elektron versiyası təqdim edilməlidir;
- bütün iştirakçılar, təqdim olunan işin daha əvvəl Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi olmadığını təsdiq etməlidirlər;
- bütün layihələr (PDF formatda), eləcə də təqdim olunan bütün digər materiallar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.
Sual-Cavab
Müsabiqə proseduru ilə bağlı suallar aşağıdakı ünvana göndərilə bilər: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.. Sualların cavabları iştirakçılara Memarlar İttifaqı tərəfindən elektron poçt vasitəsilə çatdırılacaqdır.
Müsabiqənin işçi dilləri
Müsabiqə azərbaycan, rus və ingilis dillərində keçirilir.
Mükafatlar
Mükafat fondu təşkilatçılar tərəfindən 52.500 AZN məbləğındə müəyyən edilmişdir.
Hər nominasiya üzrə Mükafat fondu aşağıdakı kimi bölüşdürülür:
Birinci mükafat 4000 AZN;
İkinci mükafat 2500 AZN;
Üçüncü mükafat 1000 AZN.
Mükafatın köçürülməsi üçün bank xərcləri qaliblər tərəfindən ödənilir.
Beynəlxalq münsiflər heyəti
Müsabiqə layihələrinin qiymətləndirilməsi üçün Beynəlxalq Memarlar İttifaqı tərəfindən tövsiyyə edilmiş tərkibdə peşəkar və obyektiv Beynəlxalq Münsiflər heyəti müəyyən olunmuşdur.
Esa Mohammed (sədr), BMİ sabiq Prezidenti, Malayziya
In-Suk Cho, BMİ-nın İrs və mədəni identiklik üzrə İşçi proqramının həmmüdiri, Koreya
Viktor Leonel, Afrika Memarlar İttifaqının Prezidenti (AUA), Anqola
Joseph Kwan, «Hamı üçün memarlıq » işçi proqramının direktoru, Hong Kong
Elbay Qasımzadə, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri
Beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqədə iştirak etmək və müsabiqə iştirakçıları ilə hər hansı bir əlaqədə olmaq hüququna malik deyillər. İştirakçıların sualları yalnız müsabiqənin təşkilatçıları tərəfindən cavablandırıla bilər. Münsiflər heyəti, üzvlərinin ən azı 2/3-nin səsi olduğu halda öz işini aparmaqda səlahiyyətli hesab olunur.
Münsiflər heyəti bütün işləri yoxlayır və yuxarıda sadalanan tələblərə cavab verməyənləri kənar edir.
Münsiflər heyətinin qərarı sadə səs çoxluğu ilə, Münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Səslər bərabər olarsa, Beynəlxalq münsiflər heyətinin sədri həlledici səsə malikdir.
Beynəlxalq münsiflər heyəti müsabiqənin bütün mərhələləri boyunca, mükafatlandırılma da daxil olmaqla, yeganə münsif olaraq qalır.
Müsabiqənin təşkilatçıları ekspertlər və məsləhətçilər dəvət edə bilərlər ki, onlar da məxfilik tələblərinə riayət edirlər və səs hüququna malik deyillər.
Beynəlxalq müsabiqənin keçirilmə müddəti
Müsabiqə barədə elan: 29 yanvar 2021-ci il
Sual verilməsi üçün son tarix: 1 avqust 2021-ci il
Materialların qəbul olunması üçün son tarix: 1 sentyabr 2021-ci il
Beynəlxalq münsiflər heyətinin işi: 28-30 sentyabr 2021-ci il
Nəticələrin elan olunması: 4 oktyabr 2021-ci il.
İctimaiyyətin məlumatladırılması
Müsabiqədə iştirak qaydaları Azərbaycan Memarlar İttifaqının rəsmi internet saytında yerləşdirilir www.uaa.az. Beynəlxalq Memarlar İttifaqı da Müsabiqə barədə məlumatı öz beynəlxalq kommunikasiya şəbəkəsi vasitəsilə yayır.
Sərginin keçirilməsi və müsabiqə iştirakçılarının kataloqunun buraxılışı
Müsabiqənin nəticələri üzrə bütün mükafatlandırılan layihələr, habelə münsiflər heyəti tərəfindən tövsiyə edilmiş layihələr kataloqda nəşr olunacaqdır.