“MEMAR” FOTOMÜSABİQƏSİ

Bənzərsiz ictimai binaların, yaşayış komplekslərinin və istirahət yerlərinin, park və bulvarların şəkilləri, tikililərin ümumi planlarının və ya ayrı-ayrı xüsusilə gözəl elementlərinin, müasir binalar və ya tarixi memarlıq abidələrinin fotoları - şəhərinizin memarlığının istənilən təsviri müsabiqənin foto-iştirakçısı ola bilər. Əsas olan - yeni baxış və memarlıq incəsənətinə səmimi sevgidir.

Müsabiqə üç nominasiyada keçirilir.

"Detal" - binaların elementlərinin, dekorativ detallarının fotoşəkilləri. İştirak üçün həm tək foto, həm də seriya fotoşəkillər qəbul edilir.

"Ansambl" - parkların, bulvarların, bütöv məhəllələrin fotoları ki, şəhərin və ya rayonun əhval-ruhiyyəsindən və atmosferindən bəhs edir. İştirak üçün həm tək foto, həm də seriya fotoşəkillər qəbul edilir.

"Abidə" - ayrı-ayrı binaların foroları - memarlıq abidələri və müasir tikililər, yaşayış, inzibati, fərdi evlər. İştirak üçün həm tək foto, həm də seriya fotoşəkillər qəbul edilir.

Müsabiqəyə təqdim olunan fotoşəkillər üçün texniki tələblər:

Görüntü imkanı - ən azı 300 dpi;

Ölçü - A4 (və ya ən azı 3000 * 5000).

Fotolar "MEMAR" jurnalının elektron ünvanına göndərilməlidir Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram