Azərbaycanda Memarlıq fəaliyyəti ilə məşğul olan əcnəbi memarların nəzərinə

Hörmətli həmkarlar!

Azərbaycan Memarlar İttifaqına xarici şirkətlərdən Azərbaycanda memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Azerbaijan Licensing Bureau of Engineers & Architects” bürosunda müvafiq qeydiyyatın qanuni olub-olmadığını aydınlaşdırmaq xahişi ilə çoxsaylı müraciətlər daxil olur.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda memarlıq fəaliyyəti ilə məşğul olmaq  üçün xarici vətəndaşlar "ASAN XİDMƏT"dən lisenziya almalıdırlar. http://www.asan.gov.az

Azərbaycan Memarlar İttifaqı bu baradə AR Ədliyyə Nazirliyinə və Respublika prokurorluğuna müraciətlər göndərmişdir. Bununla əlaqədar olaraq, xahiş edirik nəzərə alasınız ki, adı çəkilən qurum dövlət reyestrində aşkar edilməmişdir. AR Ədliyyə NazirliyindənAR İqtisadiyyat Nazirliyindən Azərbaycan Memarlar İttifaqina daxil olan məktubları sizin diqqətinizə catdırırıq.

 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)