Müasir Memarlıq

Previous Next

İsbatov İlqar

Ilgar Isbatovİsbatov İlqar Aydın oğlu 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Mühəndis İnşaat institutunun Memarlıq fakultəsinə daxil olmuşdur. 1984-cü ildən təhsilini Moskva Memarlıq İnstitutunun Şəhərsalma fakultəsində davam etdirmiş və 1987-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2008-ci ildən Bakı Dövlət Layihə İnstitutunun direktorudur. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə İlqar İsbatov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

100-dən artıq memarlıq layihəsinin müəllifidir.

1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2008-ci ildə “Ustad Memar” yüksək peşəkarlıq sertifikatı ilə, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmdir. 2012-ci ildə “Azərbaycanın Əməkdar memarı” fəxri adına layiq görülmüşdür. 2017-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram