Memarlıq Tarixi

AZƏRBAYCAN MEMARLIĞININ USTADLARI

Azərbaycan memarlığı özünəməxsus çoxəsrlik tarixi yol keçmişdir. XIX-XX əsrlərdə inşa edilmiş memarlıq əsərlərinin müxtəlif millətlərə mənsub insanlar tərəfindən yaradılmasına rəğmən, ötən dövrlərə xas olan səciyyəvi xüsusiyyətlərini qoruyub saxlamaq müyəssər olmuşdur.

Təqdim olunan albom 2016-cı ildə buraxılmış albomun davamı olaraq Azərbaycan Memarlar İttifaqının yaradılmasının 80 illiyinə həsr olunur. Albomda XIX əsrin sonları, həmçinin XX əsrin əvvəli və ortalarında fəaliyyətdə olan Azərbaycan memarlarının ən parlaq nümayəndələri təmsil olunmuşlar.

Yusef QAzərbaycanın əməkdar mühəndisi, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı İdarə heyyətinin üzvü olmuşdur.

Əsərləri - metropolitenin «Bakı Soveti» (hazırda «İçərişəhər»)(1967-ci il həmmüəllif), Kommunist partiyasının tarixi institutu və Dövlət partiya arxivi binası (1972-ci il), N.Nərimanovun (1972-ci il), «Aktyor evi» (1974-cü il), H.Əliyev adına İdman-konsert sarayı (1982-ci il), C.Cabbarlının (1982-ci il) Milli təhlükəsizlik nazirliyinin inzibati binası (1985-ci il) və H.Cavidin (1993-cü il) abidələri və digər layihələr.

Talat XAzərbaycanın əməkdar memarı, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, «Şərəf nişanı» və «Şöhrət» ordenləri ilə təltif olunmuş, Dövlət mükafatı laureatı.

Əsərləri - metropolitenin «Bakı Soveti» (hazırda «İçərişəhər») (1967-ci il həmmüəllif), «Memar Əcəmi» (1979-1986-cı illər) stansiyaları, Asəf Zeynallı adına Musiqi məktəbi (1980-ci il),), H.Əliyev adına İdman-konsert sarayı (1982-ci il), Nizami RİK-in inzibati binası (1985-ci il), bəstəkar Qara Qarayevin qəbrüstü abidəsi (1986-cı il), Sabunçu qəsəbəsində “İmam Rza” məscidi (1992-ci il), Bakı şəhər prokurorluğu işçiləri üçün yaşayış binası (1997-ci il) və digər layihələr.

Shafiga ZAzərbaycanın əməkdar memarı.

Əsərləri - Şıxəli Qurbanov küçəsində 16 mərtəbəli inzibati bina (hazırda Əhalinin Sosial Müdafiəsi Nazirliynə məxsus bina) (1966-1974-cü illər), Kommunist partiyasının tarixi institutu və Dövlət partiya arxivi binası (1972-ci il), Bakı şəhərində dəmir yolu vağzalının yenidən qurulması (1974-cü il), pambıqçı Sevil Qazıyevanın abidəsi (1971-ci il).

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)