BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Mollazadə F.Ə. 
(+99412) 596-9020 (iş) 

Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Bəylərov İ. X.
(+99412) 537-1132 (iş)

Ağazadə R. R. 
(+99412) 512-2125 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

Qədim tarixə və zəngin mədəniyyətə malik ölkə olan Azərbaycan dünya memarlığı xəzinəsinə çoxsaylı töhfələr bəxş etmişdir. Bunların sırasında Şirvan-Abşeron, Naxçıvan-Marağa, Arran, Təbriz-Sultaniyyə və digər memarlıq məktəblərinə aid memarlıq abidələr mühüm yer tutur.

history

 Bu günlərimizə qədər gəlib çatmış nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Azərbaycan memarları nəinki Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da (Balkanlar, Orta Asiya, Hindistan və digər yerlərdə) öz dəst-xətlərini yadigar qoymuşlar.

Belə möhkəm təməllər üzərində inkişaf etmiş Azərbaycan memarlığı bütün dövrlərdə özünün zəngin ənənələrini qoruyub saxlaya bilmiş, tarixi irsə söykənərək yeni-yeni nailiyyətlərə imza atmışdır.

1934-cü ildə müxtəlif memarlıq yaradıcılıq İttifaqları SSRİ-nin Memarlar İttifaqında birləşdirilir. Həmin ildə Azərbaycan memarlarının I qurultayını keçirmək üçün Təşkilat Komitəsi yaratmaq fikri meydana gəlir. Bundan iki il sonra - 1936-cı ilin mart ayında Təşkilat Komitəsi tərəfindən Azərbaycan memarlarının I qurultayı keçirilmişdir. Burada Azərbaycan Memarlar İttifaqının (AMİ) İdarə Heyəti seçilmiş, İttifaqın funksiyaları və fəaliyyət prinsipləri müəyyən olunmuşdur.

Ötən onilliklər ərzində AMİ ölkəmizdə memarlığın inkişafına mühüm töhfələr vermiş, gənc memar kadrların püxtələşməsində, təcrübəli memarlarımızın uğurlarının davamında səmərəli rol oynamışdır.

Hazırda da Azərbaycan Memarlar İttifaqı, memarların yaradıcılıq ustalığının artmasını stimullaşdırır, onların istedadını və şəxsiyyətini, müəlliflik hüquqlarını müdafiə edir, nailiyyətlərini müsabiqələr və sərgilər vasitəsilə dünyada təbliğ edir. Azərbaycan Memarlar İttifaqınin fəaliyyəti, Azərbaycan memarlığının tanıdılmasında, milli memarlıq irsinin qorunub saxlanılmasında, memarlarımızın dünyada nüfuz qazanmasında müstəsna əhəmiyyətə malikdir.

Bu gün bölgələrdə memarlığın inkişafına böyük önəm verən Azərbaycan Memarlar İttifaqının tərkibində bir sıra regional memarlıq təşkilatları da səmərəli fəaliyyət göstərir. Peşəkar yaradıcılıq təşkilatı kimi Memarlar İttifaqı öz işini memarlıq yaradıcılığının bütün növlərinin səmərəliliyinin artırılmasına, memarlıq və şəhərsalma fəaliyyətinin inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, milli mədəniyyətin inkişafına yönəldir.

Azərbaycan Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqının üzvü olaraq, bir çox beynəlxalq forumlarda və konqreslərdə Azərbaycan memarlarını uğurla təmsil edir. Təsadüfi deyil ki, bir neçə tanınmış Azərbaycan memarı Beynəlxalq memarlıq müsabiqələrinin ən yüksək mükafatlarına layiq görülmüş, bir çox həmkarımız isə Beynəlxalq Memarlıq Akademiyasının professoru, müxbir və həqiqi üzvləri seçilmişlər. Azərbaycan Memarlar İttifaqı hər il Gənc memarların və tələbələrin işlərindən ibarət baxış-müsabiqə, hər iki ildən bir Beynəlxalq Memarlar İttifaqı və Mədəniyyət Nazirliyi ilə birlikdə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirir. 2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhəri dünya memarlarının nüfuzlu yaradıcılıq birliyi olan Beynəlxalq Memarlar İttifaqının ilk Forumunun və BMİ-nin növbədənkənar Baş Assambleyasının keçirildiyi məkan kimi tarixə düşmüşdür.

Tərkibində fəaliyyət göstərən yaradıcılıq komissiyaları və peşəkarlıq etikası kollegiyası ilə birgə Azərbaycan Memarlar İttifaqı peşəkar memarlıq bilik və bacarıqlarının mübadiləsi istiqamətində memarlığın yüksəlişi üçün davamlı inkişafa yönəlmiş innovativ və yüksək kreativ həllər aşkar etməyə kömək göstərir.

Azərbaycan Memarlar İttifaqı dünya memarlıq ictimaiyyəti tərəfindən tanınan memarlıq birliyi olaraq, bir sıra memarlıq təşkilatlarının üzvü kimi də müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram